Əfran İsmayılov: "Artıq "Qarabağ"a kömək etməyə hazıram"

Əfran İsmayılov: "Artıq "Qarabağ"a kömək etməyə hazıram"
XƏBƏR 11 Yanvar 2011 / 00:54 2115
-  A +

2010-cu il avqustun 8-də "Neftçi" ilə Unibank Premyer Liqası matçında ciddi xəsarət alan Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov artıq yaşıl meydanlara çıxmağa tam hazırdır. Bu haqda Qol.Az-a 22 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

İsmayılov zədəsini tam bərpa etdiyini bildirib. Futbolçu "Qarabağ"ın Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısında komanda ilə toplu çalışmalarda da iştirak edib. "Artıq zədəm tam sağalıb. "Qarabağ"a kömək etməyə hazıram"  - deyə futbolçu Qol.Az-a bildirib.

Daha çox


Son xəbərlər