"Neftçi" Türkiyədə ilk məşqinə çıxacaq

XƏBƏR 10 Yanvar 2011 / 17:35 2107
-  A +

Qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərini məkan seçən "Neftçi" artıq qardaş ölkədədir. Qol.Az-ın məlumatına görə, flaqmanın üzvləri bu gün Bakı vaxtı ilə saat 13:00-da Antalyanın Kundu qəsəbəsində yerləşən "Titanik" otelində məskunlaşıblar. Artıq təlim-məşq toplanışının ilk günündə komanda otelin stadionunda ilk məşqinə çıxacaq. Yerli vaxtla saat 18:15-da start götürəcək hazırlıqda, futbolçular qızışdırıcı hərəkətlər, kross, koordinasiya və digər hərəkətlər üzərində çalışacaqlar.

Daha çox


Son xəbərlər