"İlin futbolçusu və məşqçisi" bu axşam bəlli olacaq

"İlin futbolçusu və məşqçisi" bu axşam bəlli olacaq
XƏBƏR 10 Yanvar 2011 / 15:23 1752
-  A +

FİFA-nın ilin futbolçusu üçün təsis etdiyi "Qızıl Top" mükafatının sahibinə bu axşam aydınlıq gələcək. Qol.Az-ın məlumatına görə, "Qızıl Top" mükafatı bu gün İşveçrənin Sürix şəhərində keçiriləcək mərasimdə öz sahibinə təqdim olunacaq. "İlin futbolçusu" adı uğrunda "Barselona"ın 3 futbolçusu Andres İniyesta, Xavi Hernandes və Lionel Messi mübarizə apardığından artıq bu mükafatın Katalon təmsilçisinə nəsib olacağı heç kəsdə şübhə doğurmur. "İlin baş məşqçisi" mükafatı uğrunda isə Del Boske (İspaniya), Pep Qvardiola ("Barselona") və Joze Mourinyo ("Real") mübarizə aparır.

Daha çox


Son xəbərlər