“Xəzər Lənkəran” da artıq Antalyadadır

XƏBƏR 10 Yanvar 2011 / 13:09 1912
-  A +

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan “Xəzər Lənkəran” klubu artıq Antalyadadır. Qol.Az-ın məlumatına görə, komanda bu gün səhər saat 05:25-də təyyarə ilə yola düşüb. Klubun legionerləri isə Milad və Yeni il bayramlarını öz vətənlərində ailələri ilə keçirdikdən sonra komandaya elə Antalyada qoşulacaqlar. Mirça Rednikin yetirmələri qardaş ölkədə yanvarın 26-dək qalacaq. Bu müddət ərzində “Xəzər Lənkəran” bir neçə yoldaşlıq oyunları da keçirəcək. Bunlardan birincisi yanvarın 16-da Qazaxıstanın “Atırau” komandası ilə, digəri yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan “Zaporojets” klubu ilə olacaq. Bundan başqa "xəzər Lənkəran"ın Belçika və Rumıniyanın yüksək liqa təmsilçiləri ilə də qarşılaşmaları nəzərdə tutulub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner