Tuyqun Nadirov rumın mətbuatından gileyləndi

Tuyqun Nadirov rumın mətbuatından gileyləndi
XƏBƏR 10 Yanvar 2011 / 11:53 2018
-  A +

"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov Rumıniya mətbuatının onun komandası ilə bağlı yazdıqları xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Nadirov rumınların yazdıqları xəbərlərin çoxunun həqiqəti əks etdirmədiyini dilə gətirib: "Rumıniya mətbuatının klubumuzla bağlı yazdıqlarından xəbərimiz olur. Onların çoxu heç də həqiqəti əks etdirmir. Bəzi futbolçular var ki, biz onlarla həqiqətən də maraqlanırıq və bunu rumınlar da doğru yazır. Lakin elə futbolçular da var ki, biz onlarla maraqlanmasaq belə, rumınlar bu haqda yanlış məlumatlar yazırlar. Komandamızın Türkiyə toplanışına yeni futbolçular gələcək. Onlarla bağlı qərarı da orada verəcəyik. Təbii ki, gələnlər arasında rumın futbolçular da olacaq. Hələlik isə heç bir legioner ilə rəsmi müqavilə bağlamamışıq". 

Daha çox


Son xəbərlər