"İnter"-"Taraz" qarşılaşmasını izləyənlər arasında tanınmış futbolçu, hazırda Türkiyənin "Kayserispor" komandasını çalışdıran gürcüstanlı mütəxəssis Şota Arveladze də vardı. Qol.Az-ın məlumatına görə, oyundan sonra danışan gürcüstanlı məşqçi "İnter"in MDB Kuboku turnirində şanslarını da qiymətləndirdi.
Ş.Arveladze qarşılaşmanın baxımlı alındığını vurğuladı və "İnter"in nümayiş etdirdiyi oyun tərzini bəyəndiyini açıqladı. Gürcüstanlı mütəxəssis bildirdi ki, "İnter"in futbolçularının topla davranışları və hücumların təşkilində göstərdikləri kollektiv iş və fiziki hazırlıq səviyyəsi komandanın potensialından xəbər verir. "Kayserispor"un çalışdırıcısı bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə olan yaxın münasibətlərinə görə demədiyini xüsusilə vurğuladı. O, komandanın öz sümasının olduğunu bildirdi və bunda K.Tsxadadzenin böyük əməyi olduğunu da açıqladı. Ş.Arveladze "İnter"in MDB Kuboku turnirində çıxışına da toxundu. Komandamızın rəqibləri barədə ətraflı məlumatı olmadığını bildirən cənab Arveladze əlavə etdi ki, "İnter" həmin turnirdə yüksək nəticə əldə etməyə imkan verən potensiala malikdir.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov