Kaxaber Tsxadadze: "Oyundan razı qaldım"

Kaxaber Tsxadadze: "Oyundan razı qaldım"
XƏBƏR 10 Yanvar 2011 / 01:26 1902
-  A +

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində Qazaxıstanın "Taraz" komandası üzərində 2:1 hesablı qələbə qazandıqları oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında ilk yarıda sərgilədikləri oyun tərzindən razı qaldığını bildirib. 

Baş məşqçi erkən qolun matçın gedişatına təsir göstərdiyini vurğulayıb. Lakin onun fikrincə, qarşılaşmanın sonuna yaxın "İnter"li futbolçuların konsentrasiya məsələsində ehtiyatsızlığı cavab qolu ilə nəticələnib. 

Tsxadadze daha sonra deyib: "Komandamız ikinci hissədə yorğunluq fonunda üstünlüyü ələ alaraq, rəqib qapısına ikinci dəfə yol tapmağı bacardı. Ümumilikdə oyundan razı qaldım. "İnter"in hərtərəfli güclənməsinə yardımçı olacaq hazırlıqlar bundan sonra da davam edəcək". 
    

Daha çox


Son xəbərlər