"İnter" "Taraz"ı yendi

XƏBƏR 9 Yanvar 2011 / 22:05 1893
-  A +

"İnter" "Taraz"ı yendi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "İnter" klubu bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionunun rəqibi Qazaxıstanın "Taraz" komandası olub.

Oyun "İnter"in qələbəsi ilə nəticələnib - 2:1. Komandamızın qollarını Rövşən Əmiraslanov və Girts Karlsons vurub.

Qeyd edək ki, "İnter" ilk yoxlama matçında Türkiyə Superliqasında yarışan "Manisaspor"la heç-heçə edib - 1:1.

Daha çox


Son xəbərlər