"Penaltilər seriyasına xüsusi hazırlaşmamışdıq"

"Penaltilər seriyasına xüsusi hazırlaşmamışdıq"
XƏBƏR 9 Yanvar 2011 / 16:23 1737
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilən turnir çərçivəsində 7-ci yer uğrunda matçda Azərbaycan yığmasına penaltilər seriyasında uduzan İtaliya milli komandasının baş məşqçisi Paskuale Salerno fikirlərini açıqlayıb. Qol.Az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Salerno məğlubiyyətə əsas və başlıca səbəb kimi zəif fiziki hazırlığı göstərib.

O bildirib ki, komandası dekabrın 20-dən məşq etməyib. Fiziki yorğunluq üzündən uzun ötürmələrlə oyuna üstünlük verdiklərini deyən italiyalı mütəxəssis yetirmələrinin hələlik meydançada 90 dəqiqə qaçmağa hazır olmadıqlarını vurğulayıb: "Bununla belə, bu gün komandamız layiqli mübarizə apardı. Penaltilər seriyasında məğlubiyyətə gəldikdə, bu, yalnız lotereyadır. Penaltilər seriyasına xüsusi hazırlaşmamışdıq".

Qeyd edək ki, 7-ci yer uğrunda görüşdə Azərbaycan yığması İtaliyaya penaltilər seriyasında qalib gəlib - 5:3. Əsas vaxt isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.    

Daha çox


Son xəbərlər