Vəli Qasımov: "Daha yüksək yer də tuta bilərdik"

Vəli Qasımov: "Daha yüksək yer də tuta bilərdik"
XƏBƏR 9 Yanvar 2011 / 15:58 1700
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilən turnirdə 7-ci yer uğrunda İtaliya yığması ilə görüşdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Vəli Qasımov fikirlərini açıqlayıb. Qol.Az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Qasımov millimizin sürətli və parlaq oyun nümayiş etdirdiyini bildirib. 

O, italiyalı futbolçuların yorğunluğundan yararlandıqlarını söyləyib: "Biz rəqibin yorulduğunu hiss edirdik. Oyun öncəsi uşaqlara dedim ki, müdafiədən hücuma ləngimədən keçsinlər. Bu baxımdan, bu gün bizdə nə isə alındı".   

Komanda ilə yenicə tanış olduğunu deyən Qasımovun fikrincə, yığmamızın inkişaf perspektivi var. Baş məşqçi Qranatkinin xatirə turnirində bəxtsizliklə üzləşdiklərini də söyləyib: "Yığmamız daha yüksək yer də tuta bilərdi".

Qeyd edək ki, 7-ci yer uğrunda görüşdə Azərbaycan yığması İtaliyaya penaltilər seriyasında qalib gəlib - 5:3. Əsas vaxt isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Daha çox


Son xəbərlər