"İnter" rəqibini dəyişdirdi

"İnter" rəqibini dəyişdirdi
XƏBƏR 9 Yanvar 2011 / 02:27 1903
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "İnter"in növbəti yoxlama matçında üz-üzə gələcəyi rəqib dəyişib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionu yanvarın 9-da İzmirin "Altay" komandası ilə yox, Qazaxıstan "Taraz"ı ilə qarşılaşacaq.  

Baş məşqçi Kaxaber Tsxadadze "Birlik Kuboku"na hazırlıq baxımından Qazaxıstanın yüksək liqa komandası ilə görüşməyi daha məqsədəuyğun sayıb. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

Qeyd edək ki, "İnter" yanvarın 7-də keçirdiyi ilk yoxlama oyununda Türkiyə Superliqasında mübarizə aparan "Manisaspor"la heç-heçə edib - 1:1.  

Daha çox


Son xəbərlər