AZAL klubunun baş məşqçisi Nazim Süleymanov maraqlı açıqlama ilə çıxış edib. Qol.Az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis "Sport-Ekspress" qəzetinə müsahibəsində Rusiya komandalarından birində işləməyin əleyhinə olmadığını vurğulayıb.
"Dekabrda Qazaxıstandan iki təklif almışdım. Lakin AZAL-dakı işimi davam etdirməyi qərara aldım. Bu komanda ilə Azərbaycan çempionatında ilk "3-lüy"ə düşmək fikrindəyəm. Bununla belə, Rusiyadan analoji təklifləri nəzərdən keçirməyə hazıram. Orada böyük məmnuniyyətlə işləyərdim" deyə Süleymanov bildirib.
Qeyd edək ki, Nazim Süleymanov məşqçilik karyerasına məhz Rusiyada başlayıb. O, 2002-ci ildə "Jemçujina"ya rəhbərlik edib. Süleymanovun hazırkı komandası AZAL Unibank Premyer Liqasında qış fasiləsinə 3-cü pillədə yollanıb. Qazaxıstan klubunda isə gənc azərbaycanlı mütəxəssis Ramiz Məmmədov çalışacaq. Məmmədov yanvarın 4-də "Atırau" ilə müqavilə bağlayıb.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov