Rəşad Sadıqov oynadı, "Eskişehirspor" yendi

Rəşad Sadıqov oynadı, "Eskişehirspor" yendi
XƏBƏR 8 Yanvar 2011 / 23:53 2282
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Eskişehirspor" klubu yoxlama matçında Almaniyanın II Liqasından "Aue" ilə üz-üzə gəlib. Qol.Az-ın məlumatına görə, "WOW Football Center"də keçirilən görüş "Eskişehirspor"un qələbəsi ilə nəticələnib - 2:1.

Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov start heyətində meydançaya çıxıb. Hesabı isə ilk yarıda onun komanda yoldaşı Ümit Karan açıb. Fasilədən sonra "Aue" bərabərlik qolunu vurub. Lakin çox keçmədən Pele cərimə zərbəsini dəqiq yerinə yetirərək, "Eskişehirspor"un qələbə topunun müəllifi olub.

Daha çox


Son xəbərlər