Patrik Viyera: "Futbolla vidalaşmaq istəyirəm"

Patrik Viyera: "Futbolla vidalaşmaq istəyirəm"
XƏBƏR 8 Yanvar 2011 / 17:42 2430
-  A +

İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Patrik Viyera bu mövsümün sonunda karyerasını başa vurmağı düşünür. Qol.Az-ın məlumatına görə, iyun ayında Mançester təmsilçisi ilə müqavilə müddəti başa çatan  34 yaşlı yarımmüdafiəçi artıq futbolla vidalaşmaq istədiyini bildirib: " İyunda klubla başa çatacaq müqavilə müddətini uzatmaq fikrində deyiləm. Çox güman ki, "Mançester Siti" mənim sonuncu klubum olacaq. Yaş artıq öz sözünü deyir. Getdikcə ehtiyat oyunçular skamyasında qalan futbolçuya çevrilirəm. Təbii ki, mən də bunu normal qarşılayıram. Çünki taleyimlə barışan bir insanam. Doğrudur, karyeram ərzində bir sıra uğurlara imza atsam da, bunlar artıq keçmişdə qalıb". Qeyd edək ki, peşəkar karyerasına "Kann" klubunda başlayan təcrübəli futbolçu Fransa yığmasının kapitanı kimi 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionluğunu yaşayıb.

Daha çox


Son xəbərlər