"Fənərbaxça" Amit Quluzadəni transfer etməkdə israrlıdır

"Fənərbaxça" Amit Quluzadəni transfer etməkdə israrlıdır
XƏBƏR 8 Yanvar 2011 / 16:12 2528
-  A +

"Fənərbaxça" klubundan "Neftçi"PFK-ya Amit Quluzadənin transferi ilə bağlı daha bir faks daxil olub. Qol.Az-ın məlumatına görə, faksda İstanbul klubunun rəhbərliyinin gənc futbolçumuzun keçidində israrlı olduğu bildirilir. Türkiyə tərəfi Amit Quluzadənin birbaşa müqavilə bağlamağa və  flaqmanın futbolçusunun transferi  ilə bağlı danışıqlara başlamağa hazır olduğunu müraciətində qeyd edib. Azərbaycan futbolunun inkişafı üçün çalışan "Neftçi" rəhbərliyi, Amit Quluzadənin Türkiyənin ən nəhəng klublarından birinə transfer olunması üçün danışıqlara başlamağa hazırdır.

Daha çox


Son xəbərlər