AZAL bu il ilk məşqinə çıxdı

AZAL bu il ilk məşqinə çıxdı
XƏBƏR 8 Yanvar 2011 / 15:34 1602
-  A +

Təxminən yarımaylıq fasilədən sonra AZAL klubu bu gün məşqlərə start verib. Qol.Az-ın məlumatına görə, yeni ildə komandanın ilk məşqi saat 13:00-da "Şəfa" stadionunda baş tutub. Nazim Süleymanovun yetirmələri ayın 11-dək gündə bir dəfə meydançaya çıxacaq. AZAL yanvarın 12-dən 17-dək təlim-məşq toplanışına cəlb olunacaq və "Airport" otelində məskunlaşacaq. Komanda toplanış zamanı Şüvəlan stadionunda gündə iki dəfə məşq edəcək. Bununla belə, hazırlığın birinci mərhələsində baş tutacaq iki yoxlama oyununda futbolçuların sınaqdan keçirilməsi də gözlənilir.

Daha çox


Son xəbərlər