Mansini və Nəsriyə mükafat verildi

Mansini və Nəsriyə mükafat verildi
XƏBƏR 8 Yanvar 2011 / 14:47 1756
-  A +

İngiltərənin "Mançester Siti" klubunun meneceri Roberto Mansini və "Arsenal"ın fransız ulduzu Samir Nəsri mükafata layiq görülüb. Qol.Az-ın məlumatına görə, Mansini Premyer Liqada dekabr ayının ən yaxşı meneceri, Nəsri isə dekabr ayının ən dəyərli futbolçusu seçilib. Premyer Liqada "Mançester Siti" klubunun dekabr ayında keçirdiyi 5 oyunun 4-də qalib gələrək çempionluq yolunda mübarizəni inamla davam etdirməsi komandanın bu mükafata layiq görülməsinə kifayət edib. Mövsümün əvvəlindən indiyə qədər "Arsenal"ın aparıcı futbolçularından olan Nəsri isə "Fulhem" matçında vurduğu möhtəşəm qolları və "Çelsi" üzərində qazanılan qələbədə əsas pay sahibi olması ilə bu mükafata layiq görülüb.

Daha çox


Son xəbərlər