“Bakı” futbol klubunun yeniyetmə və gənc futbolçuları bu gündən başlayaraq iki gün ərzində dayanıqlılıq və qan testlərindən keçirilir. Qol.Az-ın məlumatına görə, testlər klubun bazasında reallaşdırlır.
Analizlər İzmirin Ege Universitetinin idman təhsili kafedrasından dəvət edilmiş mütəxəssis doktor Faruk Turqay tərəfindən aparılır. Bu gün əvvəlcə əvəzedicilər, ardından 17 yaşlılardan ibarət komandanın üzvləri analoji testlərdən keçiriliblər. Yoxlamaların ikinci günü sürət və cəldlik vərdişi üzrə hesablama testi aparılacaq.
Azərbaycanda ilk dəfə anoloji testlər ötən ilin avqustunda 14 yaşlılar və əvəzedicilərdən götürülüb. Faruk Turqayın sözlərinə görə, bu testin nəticələri ilə ötən testin nəticələri müqaisə ediləcək. Beləliklə, 6 ay ərzində baş vermiş dəyişikliklər analiz olunacaq. Testlərin nəticələrinə əsaslanaraq hər bir futbolçunun fiziki gücü və əzələ yüklənmələri təyin ediləcək. Bununla da hər bir yeniyetmədə bədənin qəbul etdiyi normadan artıq yüklənmə baş verməyəcək.
Qeyd edək ki, testlərin yekun nəticələri bir neçə gün ərzində açıqlanacaq.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov