Starkov Bakıya qələbə ilə gəlir

Starkov Bakıya qələbə ilə gəlir
XƏBƏR 8 Yanvar 2011 / 00:29 1956
-  A +

Latviyanın paytaxtı Riqada Baltika Çempionları Kuboku start götürüb. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə Latviyanın "Skonto" klubu Litva "Ekranas"ı ilə görüşüb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Hər üç qol ikinci hissədə vurulub. "Skonto"dan 69-cu dəqiqədə Junior Karvalyu, 71-ci dəqiqədə Aleksandr Fertov fərqlənib. "Ekranas"ın qolunu isə sona 6 dəqiqə qalmış Aurimas Kuçis vurub.

Yanvarın 8-də Litva çempionu Estoniyanın "Flora" komandası ilə üz-üzə gələcək. "Skonto"nun baş məşqçisi Aleksandr Starkov isə həmin gün Bakıda olacaq. 56 yaşlı mütəxəssis "Bakı" rəhbərliyi ilə görüşdükdən sonra çox güman ki, paytaxtın eyniadlı komandasının baş məşqçi postunu tutacaq. 

Qeyd edək ki, "Bakı" klubu almaniyalı baş məşqçi Vinfrid Şeferlə yollarını ayırmağı qərara alıb.  

Daha çox


Son xəbərlər