Azərbaycan yığması İtaliya ilə görüşəcək

Azərbaycan yığması İtaliya ilə görüşəcək
XƏBƏR 7 Yanvar 2011 / 23:58 1970
-  A +

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilən beynəlxalq turnirdə sonuncu olmamaq üçün mübarizə aparacaq. Qol.Az-ın məlumatına görə, B qrupunu 4-cü pillədə başa vuran millimiz A qrupunu eyni mövqedə tamamlayan İtaliyanı yenməlidir.

7-ci yer uğrunda oyun yanvarın 9-da Bakı vaxtı ilə saat 11:30-da başlanacaq. Yığmamız qrup mərhələsini 2, İtaliya isə 3 xalla başa vurub.

Finalda Finlandiya ilə Çin milliləri qarşılaşacaqlar. 3-cü yer uğrunda matçda Ukrayna və Rusiya görüşəcək. 5-ci yer uğrunda oyunda isə Belarusla Latviya üz-üzə gələcək.

Daha çox


Son xəbərlər