Azərbaycanlı futbolçu "İnter"i xilas etdi

XƏBƏR 7 Yanvar 2011 / 23:17 2217
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Bakının "İnter" klubu bu gün ilk yoldaşlıq görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, rəqib Türkiyə Superliqasında mübarizə aparan "Manisaspor" komandası olub.

"Titanic Beach & Resort Hotel"in meydançasında oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahibləri İlk yarını Yiğit Gökoğlanın qolu ilə öndə tamamlayıblar. Fasilədən sonra Rövşən Əmiraslanovun ötürməsini Elnur Abdulov qola çevirib. Beləliklə, heyəti əsasən əcnəbilərdən ibarət "İnter"i məğlubiyyətdən azərbaycanlı futbolçu xilas edib.

Azərbaycan çempionu növbəti yoxlama matçını yanvarın 9-da Türkiyənin I Liqasında mübarizə aparan İzmirin "Altay" komandasına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər