Vəli Qasımov: "Təcrübə çatışmazlığı hiss olunurdu"

Vəli Qasımov: "Təcrübə çatışmazlığı hiss olunurdu"
XƏBƏR 7 Yanvar 2011 / 17:56 1838
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandamız Çin yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, qrupun son oyununda rəqibinə 0:3 hesabı ilə məğlub olan yığmamızın baş məşqçisi Vəli Qasımov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "İlk növbədə qələbə münasibətilə rəqibi təbrik edirəm. Komandamızın oyununa gəlincə, futbolçular verdiyim tapşırıqları tam yerinə yetirə bilmədilər. Təcrübə çatışmazlığı hiss olunurdu. Buna görə də adi epizodlarda ciddi səhvlər buraxırdıq".

Daha çox


Son xəbərlər