"Azərbaycanla oyuna xüsusi hazırlaşmışdıq"

"Azərbaycanla oyuna xüsusi hazırlaşmışdıq"
XƏBƏR 7 Yanvar 2011 / 17:43 1675
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandamız  Çin yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, millimizə 3:0 hesabı ilə qalib gələn Çin yığmasının baş məşqçisi Su Mao Çjen matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: "Bu oyuna xüsusi hazırlaşmışdıq. Azərbaycan yığmasının Ukrayna və Belarus komandaları ilə keçirdiyi oyunların videoyazısına baxmışdıq. Rəqibimizin hazırlığını yüksək qiymətləndiririk. Oyunun ilk 20 dəqiqəsində biz güclü təzyiq altında oynadıq. Yalnız birinci hissənin ortalarında öz oyunumuzu tapa bildik. Sadəcə, bu gün Azərbaycan yığması istədiyi oyunu tam nümayiş etdirə bilmədi".

Daha çox


Son xəbərlər