"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov bu gün ölkəmizdə səfərdə olan İngiltərənin "Everton" klubunun rəsmiləri - beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrison və İnkişaf Departamentinin rəisi Con Merdoku qəbul edib.
Qol.Az-ın məlumatına görə, flaqmanın rəhbəri qonaqları salamlayaraq, klubun yetirməsi olan Araz Abdullayevin "Everton"a keçidini futbolumuz üçün əlamətdar hadisə adlandırıb: "Təbii ki, Azərbaycan və İngiltərə futbolu arasında böyük fərq var. Lakin tezliklə futbolumuzun inkişaf səviyyəsinin İngiltərədəki kimi yüksək olacağına ümidvarıq. Çünki ölkə rəhbərliyi tərəfindən idmanın bütün növlərinə, o cümlədən futbola diqqət və qayğı göstərilir. Futbolun inkişafına dair Dövlət Proqramının müddəaları AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Düzü, çoxları Arazın İngiltərə Premyer Liqasında mübarizə aparan belə bir güclü kluba transfer olunacağına inanmırdı. Sevindirici haldır ki, futbolçumuzun "Everton"a keçidi baş tutdu. İnanıram ki, Araz öz oyunu ilə İngiltərədə həm Azərbaycan futbolunu, həm də "Neftçi"ni layiqincə təmsil edəcək. Araz Abdullayev futbolun vətəninə gedir, indi hər şey onun özündən asılıdır. O, yaxın 2 il ərzində Avropada ulduz futbolçuya çevrilə bilər".
Daha sonra çıxış edən David Harrison Araz Abdullayevin "Everton"da xüsusi proqram əsasında hazırlaşacağını və gələcəkdə kluba böyük xeyir verəcəyinə inandığını bildirib.
"Neftçi"nin prezidenti Sadıq Sadıqov gənc yarımmüdafiəçiyə uğurlar arzulayıb, ona daima kömək olacaqlarını vurğulayıb.
Öz növbəsində Araz Abdullayev da fikirlərini söyləyib. O deyib ki, "Neftçi"nin prezidentinin xeyir-duası, məsləhətləri ona əlavə güc verir və ümidləri doğrultmaq əzmindədir.
Ardından tərəflər rəsmi müqaviləyə imza atıblar. Görüşün sonunda David Harrison üzərində "Everton" futbolçularının imzası olan xüsusi futbolkanı "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova təqdim edib. Azərbaycanın ən köklü klubunun rəhbəri də qonaqlara xatirə hədiyyələri bağışlayıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov