"Xəzər Lənkəran"ın futbolçusu: "Mənim bu qızla çox ciddi münasibətim var"

"Xəzər Lənkəran"ın futbolçusu: "Mənim bu qızla çox ciddi münasibətim var"
XƏBƏR 7 Yanvar 2011 / 16:33 3026
-  A +

"Xəzər Lənkəran" klubunun rumıniyalı legioneri Katalin Doman ölkəsinin mətbuatına verdiyi müsahibədə Azərbaycan və çıxış etdiyi klubu haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, Premyer Liqada fasilə yaranan kimi ölkəsinə doğmalarının yanına qayıdan Katalin ilk əvvəl sevgilisi Madalinadan danışıb: "Yaranmış fasilədən istifadə edərək Rumıniyaya, daha dəqiq sevgilimin yanına gəldim. Çoxdandır ki, onu görmürdüm. Doğrudur, Madalina məni görmək üçün bir neçə dəfə Azərbaycana gəlsə də, burada vaxt azlığından rahat görüşmək olmurdu. Artıq sonuncu dəfə nə vaxt sərxoş olduğumu və partilərdə iştirak etdiyimi də xatırlamıram. Lakin burada sevgilim Madalina ilə xoş günlər keçirirəm. Həqiqətən də, mənim bu qızla çox ciddi münasibətim var. Həm Madalina, həm də baş məşqçi Mirça Rednikin mənim karyerama böyük təsiri olur. Onlar mənim uğur qazanmağımda xüsusi rol oynayır. Hazırda mən də yalnız futbol haqqında düşünürəm. Lənkəranda özümü çox yaxşı hiss edirəm. Buranın əhalisi də çox mehribandır. Məhz buna görə də, "Xəzər Lənkəran" klubu ilə uğur qazanmaq istəyirəm".

Daha çox


Son xəbərlər