Yanvarın 7-də “Neftçi” və İngiltərənin “Everton” futbol klubları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, tədbiri açan “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klublarından əlavə “Everton”la da əməkdaşlıq etməyə başladıqlarını bildirib.
O, “Everton”un futbol əməliyyatları departamentinin rəhbəri Devid Harrisonla klubun inkişaf əlaqələri departamentinin rəhbəri Con Mertakın “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin transferi üçün Bakıya gəldiklərini bildirib.
Flaqmanın vitse-prezidenti Tahir Süleymanov Araz Abdullayevin “Neftçi”də geyindiyi formanı Harrisona təqdim edib. İngiltərəli qonaq “Neftçi” ilə əməkdaşlıq çərçivəsində Abdullayevi gələcəkdə “Everton”un sıralarında görmək istədiklərini bildirib. Onun sözlərinə görə, 19 yaşlı yarımmüdafiəçi bir il öncə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının heyətində Şotlandiya ilə səfər matçında diqqətlərini cəlb edib. Harrisonun sözlərinə görə, gənc futbolçu İngiltərə Premyer Liqasında oynamaq üçün millimizin heyətində daha çox matça çıxmalıdır. Məhz bu halda Böyük Britaniya qanunlarına əsasən ona İngiltərə çempionatında çıxış etmək üçün işçi vizası veriləcək. Fevralın ikinci yarısınadək Abdullayev “Everton”un təqdim etdiyi xüsusi proqram əsasında “Neftçi”nin düşərgəsində məşq edəcək. Gələn ayın sonlarında Abdullayev “Everton”a qoşulacaq və yeni komandasında məşqlərə başlayacaq: “Biz yenə Bakıya gələcək və onu yaxından izləyəcəyik. Abdullayev yüksək səviyyəyə çatmaq üçün bir çox mərhələdən keçməlidir. Onun inkişafı üçün birgə işləməliyik. Futbolçu komandamıza qoşulanadək köməkçi-məşqçimizlə əlaqə quracaq. Fevralın sonunda gələrkən, onun baş məşqçimiz Devid Moyesin rəhbərliyi altında çalışmaq imkanı olacaq. Premyer Liqada çıxış etməsi üçün Araz millinizdə daha çox oynamalıdır. Bu, çox vacibdir”.
Con Mertak isə son 15 ildə “Everton”un aşağı yaş qruplarından bir çox gənc futbolçu yetişdirdiklərini vurğulayıb. Onların bir çoxu əsas heyətə cəlb olunub. Mertakın sözlərinə görə, Araz Abdullayevin keçidi məhz “Everton”un 17 və 19 yaşlılar üçün inkişaf proqramı çərçivəsində reallaşacaq: “Hazırkı inkişaf proqramımız Abdullayevə də kömək edəcək. Aşağı yaş qruplarındakı bütün futbolçularımız bu proqram altında məşq edirlər. Bunun nəticəsidir ki, Premyer Liqada möhtəşəm heyətimiz var. Arazın da gənc futbolçu kimi üzə çıxması üçün bu proqramı təqdim edirik”.
Mertak Şotlandiya və Azərbaycan yığmaları arasındakı oyunu izləyərkən, ölkəmizdə bir çox fantastik futbolçunun olduğu qənaətinə gəlib. Lakin o, daha çox Araz Abdullayevi gözaltı etdiklərini bildirib. “Everton” rəsmisinin fikrincə, Abdullayev onların tələblərinə cavab verən futbolçudur.
Tahir Süleymanov isə təkcə Abdullayevin deyil, “Neftçi”nin daha 2-3 gənc futbolçunun 2011-ci il ərzində “Everton”un düşərgəsində baxışda olacaqlarını bildirib: “Biz böyük klublarla əməkdaşlıqda maraqlıyıq. Bu, təkcə “Neftçi”nin yox, futbolumuzun maraqlarına xidmət edir. Strateji xəttimiz belədir. Sizi əmin edirəm ki, 2011-ci il ərzində ən azı 2-3 15-18 yaşlı futbolçumuz “Everton”un düşərgəsində yoxlanışda olacaqlar”.
Tədbirdə iştirak edən səbəbkarın özü də fikirlərini bildirib: “
İngiltərənin belə ad-sanlı klubuna keçdiyim üçün çox şadam. Öz klubuma və “Everton”a minnətdaram. İnşallah, gələcəkdə yüksək nəticələrə imza atarıq. Komandama uyğunlaşmaq üçün hazırda ingilis dili kurslarına gedirəm".
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq