«Bakı» daha bir neçə oyunçusunu transferə çıxarır

XƏBƏR 7 Yanvar 2011 / 13:58 2306
-  A +

Qış fasiləsində dörd futbolçusunu transferə çıxıran «Bakı» daha bir neçə futbolçuyla yolları ayıracaq. Bu haqda Qol.Az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, özlərini müsbət tərəfdən göstərə bilməyən bəzi futbolçular transferə çıxarılacaq.

Zeynal Məmmədov həmin futbolçuların adlarını açıqlamayıb. Bildirib ki, bununla bağlı qərar yeni baş məşqçiləri Aleksandr Starkovla müzakirələrdən sonra veriləcək.

Daha çox


Son xəbərlər