Araz Abdullayevin viza problemi hələ də həll olunmayıb

XƏBƏR 7 Yanvar 2011 / 13:07 1678
-  A +

«Neftçi»nin futbolçusu Araz Abdullayevin İngiltərəyə getmək üçün işçi vizası almaq problemi hələ də aradan qaldırılmayıb. Qol.Az-ın məlumatına görə, bu gün Bakıda keçirilən mətbuat konfransında «Everton»un futbol əməliyyatları departamentinin rəhbəri Devid Harrison bildirib ki, problemi yoluna qoymaq üçün Araz ilk növbədə milli komandada oynamalıdır. «Onun futbolçu kimi göstəriciləri yerindədir. Amma Araz milli komandada mövqeyini möhkəmləndirməlidir» - deyə o bildirib.

«Çox şadam ki, «Neftçi» ilə əməkdaşlıq edirik. Arazı bir il əvvəl gənclər millinizin Şotlandiyaya qarşı oyununda görmüşdük. Onun oyununu çox bəyənmişdik. Arazı komandamıza cəlb etmək üçün bu gün Bakıya gəlmişik.  İnanıram ki, Arazın həm «Everton»a, həm də Azərbaycan futboluna böyük faydası dəyəcək» - deyə o vurğulayıb.

 

Daha çox


Son xəbərlər