«Everton»un rəsmisi: «Araz Abdullayevlə müqavilə bağlamışıq»

XƏBƏR 7 Yanvar 2011 / 13:00 2057
-  A +

Araz Abdullayev «Everton» klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, bu haqda ingilis klubunun uşaq futbolunun inkişaf departamentinin rəhbəri Con Mördok məlumat verib. Lakin o, müqavilənin müddətini açıqlamayıb: «Bu, iki klub arasında sirr olaraq qalsa yaxşıdır».

«Biz bir klub olaraq gənc futbolçular yetişdirmişik. Araz da bu gənclərdən biri olacaq» - deyən Con Mördok Arazın «Everton»da özünü  göstərməsi üçün əllərindən gələni edəcəklərini bildirib.

 

Daha çox


Son xəbərlər