Bakının Hövsan qəsəbəsində yaşayan bir qrup gənc prezident İlham Əliyevə, Əfv Məsələləri Komissiyasının üzvləri Elmira Axundova, Məlahət İbrahimqızı, Zəlimxan Yaqub və Vaqif Səmədoğluna müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə 29 dekabr 2010-cu ildə prezidentin imzaladığı əfv sərəncamına toxunulur və bir məqama diqqət çəkilir: “Hörmətli prezident və komissiya üzvləri! Azərbaycan futbolçusu - “Şahdağ”, “MOİK”, “Bakılı”, “MKT-Araz”, “Qəbələ”, “Karvan“, ”Qarabağ” klublarının, Azərbaycanın olimpiya yığma komandasının şərəfini qorumuş 26 yaşlı istedadlı müdafiəçi Adışirinov Ceyhun Vaqif oğlunun əfv olunma ərizəsinə müsbət cavab verilmədi. Sizin qərarınıza və prezidentin sərəncamına hörmətlə yanaşırıq. Bununla belə, düşünürük ki, gənc futbolçunun, Hövsan qəsəbəsinin Azərbaycan futboluna bəxş etdiyi Ceyhun Adışirinovun əfvi üçün bir çox şeyi nəzərə almaq mümkün idi.
Ceyhun Adışirinov şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vurub. Hadisə yerindən qaçmayıb, şahidlərlə birlikdə onu xəstəxanaya çatdırıb, ancaq həmin şəxs xəstəxanada keçinib. Sonra Ceyhun polisə könüllü təslim olub. Həlak olan şəxsin dəfn mərasimindən qırx mərasiminə qədər qohumları ilə birlikdə onlara maddi və mənəvi dəstək verib. Mərhumun yaxınları onu bağışlayıb, onlara edilən maddi və mənəvi kömək haqqında sənədi notarial qaydada təsdiq ediblər. Həmin sənədlər 28 fevral 2009-cu ildə Əfv Məsələləri Komissiyasına göndərilmiş sənədlərin siyahısına əlavə edilib.
Ceyhun Adışirinov Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib. Cəzasının 1 il 8 ayını çəkib. Saxlandığı 7 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun əfv olunması üçün müsbət xasiyyətnamə ilə Əfv Məsələləri Komissiyasına müraciət edib.
Ceyhun Cəbrayıl rayonunda doğulub. O, Azərbaycan futbolunda izi olan məcburi köçkün futbolçulardandır. Onun xidmətlərini nəzərə alan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev də prezidentə və Əfv Məsələləri Komissiyasına Ceyhunun əfv olunması xahişi ilə məktub göndərib. Bu məktub da komissiyaya göndərilmiş sənədlərin siyahısına daxil edilib.
Ceyhunun atası Qarabağ müharibəsi veteranıdır. Yaxın qohumlarından 30 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.
Nəhayət, Ceyhun öz əməlindən son dərəcə peşman olub. Çünki o da anasını itirib və hər şeyi yaxsı başa düşür. Əfvlə bağlı müraciətində də bunu səmimi etiraf edib.
Hörmətli cənab prezident, dəyərli komissiya üzvləri! Göründüyü kimi, Adışirinov Ceyhun Vaqif oğlu dövlətimiz və millətimiz ucun itirilmis adam deyil. 26 yaşı var. Onun oynadığı komandalar və AFFA da müvafiq sənədləri Əfv Məsələləri Komissiyasına göndərib. Ümid edirik ki, sizlər biz gənclərin müraciətini cavabsız qoymayacaqsınız. Biz Ceyhun Adışirinovun tezliklə azad olunmasına yardım göstərəcəyinizə inanırıq”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov