"Xəzər Lənkəran" daha bir yerli futbolçunun transferini rəsmiləşdirdi

"Xəzər Lənkəran" daha bir yerli futbolçunun transferini rəsmiləşdirdi
XƏBƏR 6 Yanvar 2011 / 19:49 2720
-  A +

“Xəzər Lənkəran” klubu MOİK-in futbolçusu Anar Qasımovu sıralarına qatıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün klub futbolçuyla 2 illik müqavilə imzalayıb. Anar komandanın heyətində meydana sağ və ya sol cinah yarımmüdafiəçisi qismində çıxacaq.

Anar Qasımovun 22 yaşı var. Futbolçu karyerasını o “İnter-2” yeniyetmə komandasında başlayıb və həmin heyətdə Azərbaycan çempionu titulunu qazanıb. Daha sonra Anar “Simurq”da, “ABN Bərdə”də və “Qəbələ”də oynayıb. “Xəzər Lənkəran”a keçməzdən əvvəl isə futbolçu 1 mövsüm MOİKin şərəfini qoruyub. Onun iştirakı ilə “Simurq” və MOİK klubları Premyer Liqaya vəsiqə qazanıblar, “Qəbələ” isə ölkə kubokunun yarımfinalınacan yüksələ bildi.

Həmçinin qeyd etmək lazımdır ki, Anar Qasımov 2008-2010-cu illərdə Azərbaycanın olimpiya yığmasının oyunçusu olub.

Qeyd edək ki, qış fasiləsində "Xəzər Lənkəran" "Muğan"dan Elnur Abdullayevi də heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər