"Qalatasaray"ın yeni stadionunu görmək istəyənlərə bəd xəbər

"Qalatasaray"ın yeni stadionunu görmək istəyənlərə bəd xəbər
XƏBƏR 6 Yanvar 2011 / 18:04 2220
-  A +

"Qalatasaray" klubunun yeni stadionu olacaq "Türk Telekom Arena"nın açılışını səbirsizliklə gözləyən azarkeşlər şok xəbərlə sarsılıb. Qol.Az-ın məlumatına görə, açılış mərasiminə yanvarın 15-də Hollandiyanın "Ayaks" klubu ilə keçiriləcək oyunla start veriləcək stadiona yalnız abanomenti və dəvətnaməsi olan şəxslərin buraxılması klubun azarkeşlərini məyus edib. "Qalatasaray" klubunun rəsmi internet saytının yaydığı xəbərə görə, stadionun açılış mərasimi üçün heç bir bilet satılmayacaq. Belə olan təqdirdə isə, yeganə ümid yeri "Qalatasaray"ın mağazalarına qalır. Yəni, dekabrın 30-dan yanvarın 14-nə kimi bu mağazalardan 200 türk lirəsi məbləğində alış-veriş edənlərə açılış mərasiminə biletlər pulsuz olaraq təqdim ediləcək. Lakin abanomenti, dəvətnaməsi və 200 lirəlik bazarlığı olmayan şəxslərin stadionun açılışına girməsi xəyal olaraq qalacaq.

Daha çox


Son xəbərlər