"İnanıram ki, "Xəzər Lənkəran"la ortaq məxrəcə gələcəyik"

"İnanıram ki, "Xəzər Lənkəran"la ortaq məxrəcə gələcəyik"
XƏBƏR 6 Yanvar 2011 / 17:02 2135
-  A +

Rumıniyanın “Qloriya” klubunun prezidenti Jan Padureanu komandasında çıxış edən Andrey Mureşanın "Xəzər  Lənkəran" klubuna transferinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Padureanu 25 yaşlı futbolçunun “Xəzər Lənkəran” klubuna keçidini təsdiqləyib: “Mureşanın transferi ilə bağlı “Xəzər Lənkəran”la ilkin razılıq əldə olunub. Lakin futbolçunun transfer qiyməti hələ tam müəyyənləşməyib. Bununla belə, maliyyə məsələsində də ortaq məxrəcə gələcəyimizə inanıram. Düşünürəm ki, Mureşanın bazar ertəsi Antalyaya yeni komandasının düşərgəsinə gedəcəyi vaxta qədər onun bütün transfer məsələləri həll olunacaq. Futbolçu eyni zamanda  yeni komandasında tibbi müayinədən də uğurla keçməlidir".

 

Daha çox


Son xəbərlər