“Qalatasaray” 19 yaşınadək fəhləlik etmiş futbolçu aldı (FOTO)

“Qalatasaray” 19 yaşınadək fəhləlik etmiş futbolçu aldı (FOTO)
XƏBƏR 6 Yanvar 2011 / 16:25 2532
-  A +

Türkiyənin “Qalatasaray” klubu Rumıniyanın ÇFR komandasının futbolçusu Xuan Emmanuel Kulionu transfer edib. Qol.Az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kulionun adı “sarı-qırmızılar”ın baş məşqçisi George Hacının rəhbərliyə təqdim etdiyi siyahıda yer alıb.

ÇFR-lə “Qalatasaray” arasında oyunçunun transfer qiyməti ilə bağlı yaranan problem də məhz Hacının müdaxiləsindən sonra çözülüb. Nəticədə Rumıniya klubu öncədən istədiyi 3 milyon avrodan yarıbayarı az məbləğə razılaşıb. Beləliklə, 27 yaşlı yarımmüdafiəçinin keçidi reallaşıb. Kulio tezliklə Türkiyənin Antalya şəhərinə gələrək, “Qalatasaray”ın təlim-məşq toplantısına qatılacaq.

Qeyd edək ki, 30 avqust 1983-cü ildə Argentinada doğulan Xuan Emmanuel Kulio 2007-ci ildən ÇFR-in formasını geyinirdi. O, 19 yaşınadək tikintidə işləyib.

Daha çox


Son xəbərlər