Milli futbolçumuz "Fortuna"da ilk oyuna çıxdı

XƏBƏR 6 Yanvar 2011 / 13:11 1937
-  A +

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yeni tapıntısı olan Murad Hüseynov Almaniyanın “Fortuna” klubunda debüt edib. Qol.Az-ın məlumatına görə, Düsseldorf təmsilçisinin düşərgəsində baxışda olan gənc hücumçu yoxlama oyununda özünü göstərmək imkanı qazanıb. O, "Fortuna"nın heyətində İspaniyadakı təlim-məşq toplanışında ilk görüşünə çıxıb. Lakin Murad II Bundesliqanın digər təmsilçisi “Allemaniya” ilə qarşılaşmada cəmi 29 dəqiqə meydanda olub. “Fortuna”nın 3:0 hesabı ilə qalib gəldiyi matçda Hüseynov 61-ci dəqiqədə meydana çıxaraq klubdakı debütünü reallaşdırıb.

Daha çox


Son xəbərlər