Ramiz Məmmədovun komandası "Xəzər Lənkəran"a rəqib oldu

XƏBƏR 6 Yanvar 2011 / 11:16 2102
-  A +

Antalyada təlim-məşq toplanışı keçirəcək "Xəzər Lənkəran"ın hazırlıq planı məlum olub. Klubun rəisi Səməd Mustafayev bildirib ki, Lənkəran komandası hazırlıq prosesi keçəcəyi yanvarın 10-26-sı aralığında bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq rəqiblərdən biri müəyyənləşib. Rumın mütəxəssis Mirça Rednikin çalışdırdığı "Xəzər Lənkəran" Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın "Atırau"ya qarşı mübarizə aparacaq. Qarşılaşma yanvarın 16-da keçiriləcək (supersport.az).

Daha çox


Son xəbərlər