"İnter" - PSJ matçı baş tutmadı

XƏBƏR 6 Yanvar 2011 / 01:55 1855
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Bakının "İnter" klubunun Fransanın PSJ komandasının ikinci heyəti ilə yoxlama matçı baş tutmayıb. Qol.Az-ın Azərbaycan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter" yanvarın 7-də Türkiyə Superliqasında mübarizə aparan "Manisaspor"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "İnter" Antalyada hər gün 3 dəfə məşq edir.

Daha çox


Son xəbərlər