Şevçenko və arvadı Abramoviçin yaxtasında əyləndi (FOTO)

Şevçenko və arvadı Abramoviçin yaxtasında əyləndi (FOTO)
XƏBƏR 5 Yanvar 2011 / 18:46 2654
-  A +

Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun futbolçusu Andrey Şevçenko həyat yoldaşı Kristen Paziklə birgə İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviçə məxsus “Eclipse” yaxtasında rusiyalı milyarderin qonağı olub. Qol.Az-ın “Splashnewsonline” nəşrinə istinadən verdiyi məlumata görə, Abramoviç Karib dənizindəki Sent-Barts adasında tətildədir.

Şevçenko – Pazik cütlüyü də məhz həmin adada oliqarxın yaxtasında görüntüləniblər. “Dinamo”nun kapitanı ilə arvadı 2006 – 2009-cu illərdə çıxış etdiyi “Çelsi”nin sahibinin yaxtası ilə öz evlərindəki kimi gəziblər. Bununla yanaşı, futbolçunun xanımı günəş vannalarından həzz alıb. O, qaralmaq üçün bədənini kremləyib. Az sonra Şevçenko da Pazikə qoşulub.

Qeyd edək ki, Andrey Şevçenkonun “Çelsi”dəki karyerası o qədər də uğurlu alınmayıb. Lakin o, Roman Abramoviçlə isti münasibətlərini qoruyub.

Daha çox


Son xəbərlər