Marius Nikolye: "Karyeramı Azərbaycanda davam etdirə bilərəm"

Marius Nikolye: "Karyeramı Azərbaycanda davam etdirə bilərəm"
XƏBƏR 5 Yanvar 2011 / 18:15 2500
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin maraq dairəsinə düşən "Dinamo" (Buxarest) klubunun hücumçusu Marius Nikolye karyerasını Azərbaycanda davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, rumıniyalı futbolçu Lənkəran təmsilçisinin bu təklifinə öz münasibətini bildirib: "Rednikin təklifini müsbət qarşılayıram. mən bu mütəxəsisin Rumuniyada bir neçə ulduz futbolçu ilə maraqlandığını da bilirəm. Ona görə də, Azərbaycana getməyim istisna deyil. Lakin mənimlə Fransanın "Lans" klubu da maraqlanır. ola bilsin ki, mən fransız təmsilçisi ilə anlaşım. Bununla belə hər şey "Dinamo" klubunun rəhbərliyindən asılıdır. Əgər onlar mənə sərfəli pul təklif etsələr, bu klubda qala bilərəm".

Daha çox


Son xəbərlər