Türkiyə millisinin və “Qalatasaray” klubunun əfsanəvi futbolçusu Bülənt Qorxmaz ölkəsində “Bu gün” qəzetinə verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, bir vaxtlar paytaxtın “Bakı” klubunda baş məşqçi işləyən Bülənt türk futbolunun hazırkı durumundan çox narahat olduğunu bildirib: “Türkiyədə aşağı yaş qruplarından istedadlı futbolçular çıxmır fikri ilə razı deyiləm. Mən də “Qalatasaray”ın aşağı yaş qruplarından əsas komandaya gəlmişdim. Lakin həmin vaxt çox şeyləri bilməsəm də, zamanla hər şeyi öyrəndim. İndiki futbolçuların isə öyrənmək niyyətləri yoxdur. Doğrudur, hazırda istedadlı futbolçu çoxdur. Əlbəttə, öyrənmək istəyən futbolçu öz məqsədinə çataraq təcrübəli futbolçu olur. Lakin digərləri isə yox olub gedirlər. Təbii ki, hər bir futbolçu öz oyunu müqabilində pul qazanacaq. İstənilən bir uğur onsuz da çoxlu pul qazandırır. Lakin çox təəssüf ki, futbolçuların əksəriyyəti qazandıqları pula maşın alaraq tamam başqa bir mühitə düşürlər. Bu da futbolçu üçün yaxşı əlamət deyil”.
Bülənt Qorxmaz “Qalatasaray”ın kapitanı Arda Turana qarşı təzyiqə də münasibətini bildirib. “ Məncə, Arda Turanla bağlı həddindən çox təzyiqin olması normaldır. Çünki ulduz futbolçular həmişə müzakirə mövzusuna çevrilirlər. Ardanın da həm milli komandanın, həm də “Qalatasaray”ın ulduz futbolçusu olduğunu nəzərə alsaq, bunu normal qarşılamaq lazımdır. Gərək buna hər bir futbolçu alışsın. Biz də vaxtilə çox müzakirə edildik. Əsas odur ki, futbolçular bu təzyiqlərə tab gətirərək öz oyunlarını göstərsinlər.”
Bülənt eyni zamanda Superliqada “Qalatasaray”ın uğursuz çıxışlarına da biganə qalmayıb: “Düşünürəm ki, mövsümün əvvəlində “Qalatasaray” rəhbərliyi düzgün siyasət yürütmədi. Şabani Nonda, Abdulkadir Keyta və Mehmet Topal kimi futbolçuların satılması çox yanlış bir addım idi. Təbii ki, səhvlər bir-birinin ardınca gələndə, komandada eniş baş verir. Komandadakı bütün futbolçular gərək həm fiziki, həm taktiki, həm də psixoliji cəhətdən düzgün hazırlıq keçsinlər. Əks təqdirdə, nəticəsi belə acınacaqlı olur”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq