Türkiyə stadionunda vəhşilik (FOTO)

Türkiyə stadionunda vəhşilik (FOTO)
XƏBƏR 4 Yanvar 2011 / 17:34 2161
-  A +

Türkiyənin I liqasında keçirilən "Akhisar Bələdiyyə" - "Tavşanlı Linyitspor" oyununda meydan sahiblərinin azarkeşlərinin etdikləri vəhşiliklər hər kəsin qəzəbinə səbəb olub. Qol.Az-ın məlumatına görə, matç zamanı bir qrup azarkeş əllərində olan dovşanı qulaqlarından fırladaraq stadiona atıblar. Yerə düşən dovşanın ölməsi isə bütün azarkeşləri və heyvansevərləri ayağa qaldırıb. Matçı izləyən digər azarkeşlər isə bu vəhşliklə əlaqədar olaraq Akhisar şəhər məhkəməsinə müraciət ediblər. Onlar bu günahı edənlərin tezliklə cəzalanmalarını tələb edərək məhkəməyə öz şikayətlərini bildiriblər. Belə olan təqdirdə isə, matçda olan "TRT" kanalının kameraları və fotoqrafların çəkdikləri şəkillərin köməyi sayəsində onların kimliyini müəyyənləşdirmək olub. Bununla yanaşı, həmin azarkeşlərin bundan sonra keçiriləcək heç bir oyuna buraxılmaması üçün Türkiyə Futbol Federasiyasına da müraciət edilib. Lakin saxlanılan bu azarkeşləri ilk olaraq psixoloji testdən keçirmək üçün xəstəxanaya aparacaqlar. Yalnız bundan sonra onların bu vəhşilikləri barədə lazımi tədbir görüləcək.

Daha çox


Son xəbərlər