"Real"ın futbolçularından terrorçulara dəstək

"Real"ın futbolçularından terrorçulara dəstək
XƏBƏR 4 Yanvar 2011 / 15:43 2131
-  A +

İspaniyanın “Real Sosyedad” klubunun bir neçə futbolçusu qeyri-adi aksiyada iştirak etməyə hazırlaşır. Qol.Az-ın məlumatına görə, San-Sebastyan klubunun 8 futbolçusu, daha dəqiq - İmanol Aqirreçe, Miqel Qonzales, Marqel Berqara, İon Ansotexi, David Surutusa, Miqel Aranburu, Miqel Labaka və Enaut Subikara şənbə günü Bilbaoda keçiriləcək aksiyada bask terrorçularına dəstək verməyi qərara alıblar. Bu aksiya İspaniya həbsxanalarında məhkum olan ETA terror qruplaşmasının üzvlərinə dəstək xarakteri daşıyır. Qeyd edək ki, həmin dustaqlar Bask ölkəsinə müstəqillik verilməsini tələb ediyinə görə, ictimai terror əleyhinə təşkilatın kəskin tənqidinə məruz qalıb.

Daha çox


Son xəbərlər