"Neftçi" klubunun rəsmi jurnalının 4-cü, dekabr ayı üçün nəzərdə tutulan sayı işıq üzü görüb. Qol.Az-ın məlumatına görə, jurnalın ideya rəhbəri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov, baş redaktoru Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludur.
Jurnalın bu sayında 2010-cu ildə Azərbaycan futbolunda qazanılan uğur, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına, o cümlədən futbola göstərdiyi diqqət və qayğı barədə yazılıb. Birinci hissədə Türkiyənin "Sporajans" informasiya agentliyinin İstanbulda keçirdiyi tədbir haqqında geniş yazı dərc olunub. Həmin tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev "Şərəf mükafatı"na, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Premyer Liqanın 15-19-cü turlarının xülasəsi, komandanın bombardiri Bahadır Nəsimovun müsahibəsi və flaqmanın kubokda göstərdiyi nəticə barədə də birinci hissədə oxumaq mümkündür. Hissəni "ağ-qaralar"ın kapitanı Rail Məlikov qapadır. "Bizim kapitan" adlı məqalədə təcrübəli müdafiəçi ilin yekunlarını dəyərləndirib, Yeni il arzularını dilə gətirib.
İkinci hissədə isə "Neftçi"nin 14 yaşlılardan ibarət komandası barədə geniş yazı var. Bundan başqa, aparıcı futbolçulardan biri Ruslan Abışovun müsahibəsi, "Neftçi"nin tarixinə aid yazı və "Xalqın komandası" məqaləsi də ikinci hissədədir. Əlavə vaxt da rəngarəng məqalələrlə oxucuların görüşünə gəlib. Burada 2010-cu ildə "Neftçi" üçün 10 ən əlamətdar hadisənin xronikası verilib. Həmçinin, flaqmanın fanatı, xalq artisti Ağadadaş Ağayevin müsahibəsi, "Neftçi" ilə bağlı xatirələri yer alıb. Sonda "ağ-qaralar"ın rəsmi saytından xəbərlər verilib və Rəşad Abdullayev simvolik yığmanı müəyyənləşdirib. Jurnalda flaqmanın oyunlarından maraqlı foto-kadrlar verilib. "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub. Jurnal ayda bir dəfə çap olunur.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq