Sərgən Yalçın «NTV-Spor»dan getdi

Sərgən Yalçın «NTV-Spor»dan getdi
XƏBƏR 4 Yanvar 2011 / 12:44 2138
-  A +

Türkiyənin ünlü futbol şərhçilərindən olan Sərgən Yalçın bundan sonra fəaliyyətini TRT kanalında davam etdirəcək. Qol.Az-ın «Milliyyət»ə istinadən yaydığı xəbərə görə, ötənlərin məşhur futbolçusu bugünədək şərhçisi olduğu «NTV-Spor» telekanalından ayrılmaq qərarına gəlib.
Sərgənin bir il üçün TRT-dən bir milyon lirə (təqribən 500 min manat) alacağı bildirilir.
O, atdığı addımı Türkiyənin birnömrəli şərhçisi olmaq istəyilə əlaqələnərib. «NTV-Spor»da Rıdvan Dilmən kimi şərhçi var. Mən onu çox sevirəm. Amma Rıdvan olduğu yerdə biz bir az arxa planda qalırdıq. Ona görə də «NTV-Spor»dan ayrılıb TRT-də birinci olmağa çalışağacam» - deyə Sərgən bildirib.

Daha çox


Son xəbərlər