Tuayevin kürəkəni "Alaniya"nın prezidenti olacaq

XƏBƏR 4 Yanvar 2011 / 01:11 1830
-  A +

Məşhur məşqçi Valeri Qazzayev Rusiyanın "Alaniya" klubunun prezidenti olacaq. Qol.Az-ın "OneDivision.ru"ya istinadən məlumatına görə, rəsmi təyinat yanvarın 6-da reallaşacaq.

Qazzayev 1994 - 1999-cu illərdə Vladiqafqaz komandasının baş məşqçisi olub. İndi isə onun qarşısına Rusiya Premyer Liqasına vəsiqə qazanmaq vəzifəsi qoyulacaq. Məşqçilər heyətində də dəyişikliyin edilməsi mümkündür.

Qeyd edək ki, azərbaycanlı futbol veteranı Kazbek Tuayevin qardaşının kürəkəni olan Valeri Qazzayevin sonuncu iş yeri Kiyev "Dinamo"su olub.

Daha çox


Son xəbərlər