Türkiyədə "Fənərbaxça"lı futbolçuya heykəl qoyulacaq

Türkiyədə "Fənərbaxça"lı futbolçuya heykəl qoyulacaq
XƏBƏR 3 Yanvar 2011 / 16:47 1931
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun azarkeşləri komandanın braziliyalı ulduzu Aleks De Souzaya heykəl qoymağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, azarkeşlər 7 il "Fənərbaxça"nın formasını geyən və bu komanda ilə bir sıra uğurlara imza atan Aleksə heykəl qoymaqla onu indidən ölümsüzləşdirmək arzusundadırlar. Bunun üçün Kadıköy Bələdiyyəsinə müraciət edən fanatlar eyni zamanda Aleksin özündən də bu barədə icazə istəyiblər. Futbolçudan müsbət cavab alan azarkeş qrupu Kadıköy Bələdiyyəsinin də verəcəyi icazədən sonra tez bir zaman kəsiyində Aleksin heykəlini qoymağa başlayacaqlar. Onlar bu işi Türkiyənin ən yaxşı heykəltaraşına həvalə edəcəklərini də xüsusi vurğulayıblar. Qeyd edək ki, Aleks 2003-cü ildən "Fənərbaxça" klubunda çıxış edir.

Daha çox


Son xəbərlər