Kaka yenidən qayıtdı

Kaka yenidən qayıtdı
XƏBƏR 3 Yanvar 2011 / 13:37 2048
-  A +

Uzun müddətdir yaşıl meydanlardan kənar qalan "Real" (Madrid)ın braziliyalı ulduzu Kaka yenidən komandanın düşərgəsinə qayıdıb. Qol.Az-ın məlumatına görə, xeyli müddət zədədən əziyyət çəkən 29 yaşlı futbolçu təxminən 238 gündən sonra yenidən klubun düşərgəsinə qayıdaraq komandanın ilk 20-lik siyahısında yer alıb. Baş məşqçi Mourinyonun da La Liqanın növbəti turu çərçivəsində bu axşam "Hetafe"yə qarşı keçiriləcək oyununda Kakaya forma şansı verəcəyi gözlənilir. Futbolçunun özü də axşamkı oyuna hazır olduğunu bildirib. 

Daha çox


Son xəbərlər