Almaniya klubu milli futbolçumuza elçi düşüb

Almaniya klubu milli futbolçumuza elçi düşüb
XƏBƏR 3 Yanvar 2011 / 12:43 2415
-  A +

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun milliyə yeni çağırdığı Murad Hüseynov karyerasını Almaniyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, millinin yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına gedəcək olan gənc hücumçu Almaniyanın II divizion təmsilçisi “Fortuna” klubunun maraq dairəsinə düşüb. Artıq Düsseldorf şəhərinə baxışa dəvət edilən dağıstanlı legionerin komandada qalıb-qalmayacağına isə yaxın günlərdə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər