"Qalatasaray" bir neçə futbolçusu ilə yollarını ayırır

"Qalatasaray" bir neçə futbolçusu ilə yollarını ayırır
XƏBƏR 3 Yanvar 2011 / 12:10 2099
-  A +

Bir neçə gün sonra Antalya təlim-məşq  toplanışına getməyə hazırlaşan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi George Haci komandanın bəzi futbolçuları ilə vidalaşmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, Haci bu mövsüm olduqca uğursuz çıxış edən "Qalatasaray"da köklü dəyişiklər etmək istədiyini bildirib. Bunun üçün ilk əvvəl Ali Turan və Sərdar Özkan kimi futbolçuların göndərilməsini qətiləşdirən rumıniyalı mütəxəsis onlarla yanaşı, Gökhan Zan, Mustafa Sarp, İnsua ve Servet Çetinlə də yollarını ayırmağı düşünür. Komandadan gedəcək bütün futbolçuların adlarına isə yaxın zamanlarda aydınlıq gələcək. Adı çəkilən futbolçular da artıq özlərinə yeni komanda axtarnmalı olacaqlar.

Daha çox


Son xəbərlər