«İmarət» fan-klubu Aslan Kərimovun ad günü münasibətilə tədbir keçirdi (FOTO)

«İmarət» fan-klubu Aslan Kərimovun ad günü münasibətilə tədbir keçirdi (FOTO)
XƏBƏR 30 Dekabr 2010 / 18:55 2105
-  A +

Bu gün «İmarət» fan-klubu «Qarabağ»ın veteran futbolçusu Aslan Kərimovun 38 yaşının tamam olması münasibətilə tədbir təşkil edib. Qol.Az-ın məlumatına görə, tədbirdə səbəbkarın özüylə yanaşı, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov, məşqçi Müşfiq Hüseynov, futbolçulardan Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, həmçinin Ağdamı təmsil edən ziyalılar iştirak ediblər.
Tədbirdə Aslan Kərimovun «Qarabağ» komandasına xidmətlərindən danışılıb.
«İmarət» fan-klubunun üzvləri Aslan Kərimovu ad günü, «Qarabağ»ın üzvlərini isə Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibətilə təbrik ediblər.

Daha çox


Son xəbərlər